Türkiyədə azərbaycanlı futbolçular yenə əcnəbi sayılacaq?

18.04.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Türkiyə Futbol Federasiyası 2025-26 mövsümündə klublar heyətlərinə maksimum 14 əcnəbi futbolçu cəlb edə biləcək. 

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verur ki, A komandanın siyahısına əlavə ediləcək 14 futbolçudan 12-də yaş limiti tətbiq olunmayacaq. Ən azı 2 əcnəbi oyunçu 01.01.2003 və ya bu tarixdən sonra dünyaya gəlməlidir. 

2026-27 mövsümündə isə 14 əcnəbi futbolçunun ən azı 4-ü 01.01.2004 və sonrakı tarix təvəllüdlü olması tələb olunacaq. 

Bundan əlavə, 2023-24 mövsümündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan və A komandaya cəlb edilən futbolçular növbəti mövsüm də əcnəbi hesab ediləcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью