Türkiyədə azərbaycanlı həkim özünü öldürmək həddinə çatdırıldı

08.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Türkiyənin Samsun şəhərində iki uşaq anası olan azərbaycanlı həkim intihara cəhd edib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, A.B. Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasında ixtisas təhsili alırmış.
Dördillik ixtisaslaşma müddətinin başa çatmasına cəmi iki ay qalmış həkim evində intihara cəhd edib.
 

Bir müddət A.B.-dən xəbər ala bilməyən dostları onun evinə gediblər. Məhz onların sayəsində qadın xilas edilib.


Hadisədən sonra Samsun Həkimlər Palatası açıqlama yayaraq sözügedən klinikada uzun müddətdir problemlərin yaşandığına diqqət çəkib və vəziyyətə təcili müdaxilə olunmasına çağırış edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью