Türkiyədə azərbaycanlı qadın küçədə öldürüldü Video

21.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın öldürülüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı 32 yaşlı Şəlalə Mirzəli Bahçivan küçəsində hərəkətdə olarkən keçmiş sevgilisi tərəfindən güllələnib. Xəstəxanaya çatdırılan qadın orada vəfat edib.

İnsidenti törətməkdə şübhəli bilinən 45 yaşlı Alaattin A. qaçsa da, polis tərəfindən saxlanılıb. Hadisə yerindən 6 giliz götürülüb.

Bildirilir ki, Şəlalə Mirzəli mağazada işləyirmiş. O, əvvəllər ailəli olub, daha sonra isə boşanaraq Alaattin ilə sevgi münasibəti yaşayıb. Hadisə o, dünən səhər saatlarında işə gedərkən baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью