Türkiyədə azərbaycanlı qadını qatar vurdu

16.12.2024

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Ege vilayətində yerləşən Aydın şəhərinin Köşk rayonunda 64 yaşlı azərbaycanlı qadını qatar vurub. 

Qaynarinfo-nun məlumatına görə, 1960-cı il təvəllüdlü Həcər Cavadzadə Ovaköy Məhəlləsində keçiddən keçmək istəyib və bu zaman anidən gələn qatar onu vurub. 

Yaralı qadın təcili tibbi yardım maşını ilə Aydın Adnan Menderes Universitetinin xəstəxanasına aparılıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью