Türkiyədə azərbaycanlının meyiti tapıldı

29.11.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə azərbaycanlı kişinin meyiti tapılıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, hadisə Antalyanın Fikine qəsəbəsindəki binalardan birində qeydə alınıb.

Binanın birinci mərtəbəsindən kəskin qoxu hiss edən sakinlər polisə məlumat veriblər. Hadisə yerinə gələn polis və xilasedicilər qapını qıraraq, içəri daxil olublar. Mənzildən 49 yaşlı azərbaycanlı Zaqor Masirov ölü halda aşkarlanıb. Onun nədən öldüyü isə bilinmir.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью