Türkiyədə baqajdan qorilla körpəsi tapıldı VİDEO

24.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Türkiyə Ticarət Nazirliyinin gömrük əməkdaşları İstanbul Hava Limanından qaçaqmalçılıq yolu ilə körpə qorilla sərhəddən keçirmək cəhdinin qarşısını alıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu qorilla növü təhlükə altındadır.

Gömrük işçisi yükə baxış keçirən zaman qorilla körpəsi aşkar edib. Körpə kiçik taxta qutuda gizlədilib. Mühafizəçilər qorilla balasını xilas etdikdən sonra onu Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə təhvil veriblər.

"Qorilla sağalmasını təmin etmək üçün müşahidə altındadır", - nazirlik əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью