Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb

02.08.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin şimalındakı Kastamonu vilayətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, magistralda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su borusuna çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Həmin şəxslərin yaxın qohum olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью