Türkiyədə bələdiyyələrə hər sahibsiz it üçün 71 bin lirə cərimə tətbiq ediləcək | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi 81 vilayətin valiliyinə göndərdiyi yazıda sahibsiz itlərin toplanması üçün 2028-ci ilin gözlənilməsinin qanuna zidd olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, məktubda 2025-ci ildən etibarən toplanan heyvanların yenidən buraxılması halında hər bir heyvan üçün 71 min 965 TL inzibati cərimə tətbiq olunacağı vurğulanıb.
Nazir İbrahim Yumaklının imzası ilə göndərilən sənəddə, 2 avqust 2024-cü ildə qüvvəyə minən 7527 saylı qanunun və 13 dekabr 2024-cü ildə yayımlanan tətbiqetmə qaydalarının icrasının vacibliyi qeyd edilib.
Kənan YUSİF Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu