Türkiyədə benzinin qiymətinin artacağı gözlənilir

24.03.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Türkiyədə benzin qiymətlərinin artacağı proqnozlaşdırılır.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “CNBC-E” telekanalı yayıb. 

Bildirilib ki, bu gün gecə yarısından etibarən benzinin bir litrinin qiymətinin 1,51 lirə (təqribən 0,07 AZN) artacağı gözlənilir.

Dizelin qiymətində isə artım gözlənilmir. 

Qeyd olunub ki, hazırda İstanbulda benzin 45,08 - 45,23 lirə (təqribən 2,09 AZN), Ankarada 45,78 lirə (təqribən 2,12 AZN), İzmirdə isə 46,15 lirəyə (2,14 AZN) satılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью