Türkiyədə bıçaqlanan Araz Musayev Bakıya döndü

21.07.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Azərbaycana dönüb.

Bu barədə Gununsesi.info-ya idmançının özü məlumat verib.

Səhhətinin qaydasına düşdüyünü deyən Araz Musayev ona görə narahat olan hər kəsə təşəkkürünü ifadə edib.

Artıq vətəndəyəm. Mənə görə narahat hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Araz Musayevin bıçaqlanması faktına görə  2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.

Musayev özü başına gələn bu olaya görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ittiham edib.

O, bildirib ki, Adil Əliyev rəhbərlik etdiyi federasiyanı onun əlindən almağa çalışır.

Adil Əliyev özü isə Gununsesi.info-ya açıqlamasında bu ittihamları rədd edib.

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью