Icma.az, Oxu.az saytına istinadən bildirir. Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Mu
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Araz Musayev saxtakarlıq edərək özünü Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti kimi təqdim
Qanuni olaraq Azərbaycanı həmin yarışda Qadir Talıbov təmsil etsə də, digər idmançıları Araz Musayev aldadaraq yarışa aparacağını deyib.
Azərbaycan Muaytay-Tayboks Federasiyasından saytımıza verilən məlumata görə, Araz Musayev tərəfindən aparılan idmançıların nəticəsi Gənclər və İdman Nazirliyi tərəfindən tanınmayacaq.
Məlumata görə, Araz Musayev Türkiyədə aldığı xəsarətdən istifadə edərək, Azərbaycandakı məşqçilərə mütəmadi zəng edir, onları hədələyir və qarşıdan gələn dünya çempionatında iştirak etmələrinə, ölkəmizi təmsil etmələrinə mane olur.
Bu hal həm idmançılarımızın psixoloji durumuna, həm də Azərbaycanın beynəlxalq idman nüfuzuna mənfi təsir göstərir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib.
2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub. Proses bu il iyulun 9-da baş tutub.