Türkiyədə bıçaqlanan federasiya prezidenti Araz Musayevin son durumu bəlli oldu

04.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu olmuş Araz Musayevin son durumu bəlli olub.

Oxu.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək, bu sözləri yazıb:

"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", - deyə A.Musayev qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Muay Tay Federasiyasının Türkiyədə təşkil etdiyi dünya çempionatına qatılan 14 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Araz Musayev mayın 28-də Antalyada bıçaqlanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью