Türkiyədə bina yanıb

08.05.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə beşmərtəbəli yaşayış binasında yanğın nəticəsində 11 nəfər tüstüdən zəhərlənib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Malatya şəhərində, Turqut Özal Məhəlləsində qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları, yanğınsöndürənlər cəlb olunub.

Zəhərlənənlərə ilkin tibbi yardım göstərilib. Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью