Türkiyədə binada partlayış olub

05.05.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Konya bölgəsində 4 mərtəbəli binanın 3-cü mərtəbəsində təbii qazdan qaynaqlandığı güman edilən partlayış baş verib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, partlayış nəticəsində biri ağır olmaqla 12 nəfər yaralanıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Partlayış nəticəsində yaralananlar təcili yardımla ətrafdakı xəstəxanalara aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью