Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Türkiyənin Konya şəhərində binanın çökməsi nəticəsində bir neçə nəfər dağıntılar altında qala bilər.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
“Binada üç və ya dörd nəfərin ola biləcəyinə dair məlumatdan sonra axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə məlumatda bildirilir.
Hadisə yerinə xilasedicilər, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Dağılmanın səbəbləri məlum deyil.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda 78 nəfərin həlak olduğu Grand Kartal otelində baş verən yanğına görə bütün məsuliyyət daşıyanları cəzalandıracağını vəd etmişdi.
DOĞRU.AZ