Türkiyədə bir ayda ikinci helikopter qəzası...

24.11.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin Əskişəhər şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Əskişəhərdən təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrimizə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb. Helikopterin qalıqlarının olduğu yer müəyyən edilib, axtarış-xilasetmə əməliyyatları davam edir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bundan öncə noyabrın 12-də Malatyada da hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi şəhid olmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью