Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Türkiyədə iki ayrı istirahət mərkəzində yanğın baş verib.
Ölkə.az xəbər verir ki, birinci hadisə Kartalkayada yerləşən hoteldə baş verib. Restoranda başlayan yanğın nəticəsində 10 nəfərin həlak olduğu, 32 nəfərin yaralandığı bildirilir.
Bundan əlavə, Sivasda yerləşən kurortdakı hoteldə də oxşar hadisə qeydə alınıb.
Belə ki, qadın xizəkçilərin olduğu otaqda partlayış baş verib. Nəticədə 4 nəfər xəsarət alıb. Məlumata görə, onlar xəstəxanaya çatdırılıb və həyati təhlükələri yoxdur.
Araşdırma aparılır.