Türkiyədə bir ilk Novruz tonqalını Ərdoğan YANDIRACAQ

21.03.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə Haliç Konqres Mərkəzində bu gün Novruz bayramı ilə əlaqədar tədbir keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının başqan köməkçisi Kürşad Zorlu bildirib.

Kürşad Zorlu Novruzun, yəni "yeni günün", sadəcə Türkiyənin deyil, eləcə də Türk dünyasının ortaq bayramı olduğunu vurğulayıb:

"Novruzun daşıdığı bu məna və əhəmiyyəti nəzərə alaraq bu gün saat 15:00-da prezidentimizin himayəsində ilk bayram tədbirini keçirəcəyik. Həyətdə ənənəvi çadırlarımızın olduğu yerdə tonqal qalanacaq və ilk tonqalı prezidentimiz yandıracaq". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью