Türkiyədə birja əməliyyatı: Məşhur müğənni həbs edildi

03.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyədə birja əməliyyatları ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılan 20 şübhəli şəxs məhkəməyə göndərilib.

"Cebheinfo.az" Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə bütün şübhəlilər barəsində həbs qətimkan tədbiri seçib.

Bu səhər həbs edilənlər arasında birja brokeri Burak Sevindik və müğənni Nil Özalp da var.

Bununla da istintaq çərçivəsində həbs olunan şəxslərin ümumi sayı 85-ə çatıb.

Qeyd edək ki, daha əvvəl sözügedən əməliyyatla bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Fatma Betül Sayan Kayanın da adı hallanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью