Türkiyədə boya zavodunda güclü yanğın: Ölən və yaralananlar var

07.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Türkiyənin Kocaeli vilayətində yerləşən boya və lak məhsulları istehsal edən zavodda güclü yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. pizza mizza

Yanğın təxminən üç saat sonra lokallaşdırılıb və tam söndürülüb.

Yanğın söndürüldükdən sonra xilasedicilər zavodun ərazisində bir nəfərin meyitini aşkar ediblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью