Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis birgə əməliyyat nəticəsində İstanbulda İran kəşfiyyatına bağlı casus şəbəkəsini çökdürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Takvim” məlumat yyaıb.
“Əməliyyat 28 yanvar 2026‑cı il tarixində keçirilib və 6 nəfər “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirlərini əldə etmək” ittihamı ilə həbs olunub.
Şübhəlilər Türkiyədəki hərbi bazalar, kritik dövlət qurumları və strateji məlumatlarla bağlı məxfi informasiyanı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sızdırmaqda ittiham edilirlər”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az