Türkiyədə “brilyant” adı ilə sintetik almazların satışı qadağan edilib

24.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 24 iyun, AZƏRTAC

Türkiyə Ticarət Nazirliyi zərgərlik məmulatlarının satışı qaydalarına dəyişiklik edib. İstehlakçılardan laboratoriyada istehsal olunmuş qiymətli daşların “sintetik” olması barədə aydın şəkildə məlumat vermək tələb olunub.

AZƏRTAC xəbər verir ki, müvafiq qərar Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc edilib.

Daşın təbii və ya laboratoriyada yaradılmış mənşəyi haqqında məlumatlar etiketlərdə, məhsul sertifikatlarında, fakturalarda, veb-saytlarda, reklam və təşviqat materiallarında yer almalıdır. Məqsəd istehlakçıların təbii və laboratoriyada yaradılmış daşları ayırd etməsini asanlaşdırmaqdır. Xüsusilə, sintetik almazlar artıq “brilyant” adı ilə satıla bilməz.

Eyni zamanda, zərgərlik mağazalarından artıq laboratoriyada istehsal olunmuş və ya yaradılmış qiymətli daşlar üçün bölmələr ayırmaq tələb olunur. Onlayn satışlar zamanı həmin daşlar, həmçinin istehlakçılara ayrı kateqoriyalarda təqdim ediləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью