Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK SİYAHI

05.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Sarıyer Gazetesi"nin baş redaktoru Bekir Batunun yaydığı məlumata görə, İBB-yə bağlı Boğaziçi İmar İdarəsi 22 sentyabr 2026-cı il tarixində bununla bağlı böyük bir tender keçirəcək.

4 bölgə üzrə 4141 qanunsuz tikili söküləcək.

Rəsmi sənədlərə əsasən, söküntü qərarı verilən mülklər arasında adi vətəndaşlarla yanaşı, holdinglərin, iş adamları və məşhur simaların mülkləri yer alır.

Siyahıda Ferdi Tayfur, Hülya Avşar, Süreyya Yalçın, Mehmet Ali Erbil və Harika Avcı kimi məşhurların evləri, eyni zamanda Sarıyer Bələdiyyəsinin Büyükdere binası da var.

Sözügedən 4 141 ünvanı əhatə edən tam siyahı Türkiyə Dövlətinin rəsmi internet portalı olan Elektron Dövlət Satınalmaları Platformasında (EKAP) ictimaiyyətə açıq şəkildə yerləşdirilib.

Söküləcək binaların sayı Sarıyerdə 1982, Beykozda 989, Üsküdarda 626, Beşiktaşda 544 ədəddir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью