Türkiyədə bütün KFC və Pizza Hutlar bağlanır

08.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Pizza Hut və KFC-nin Türkiyə üzrə franşiza müqaviləsi ləğv edilib.

Milli.Az xəbər verir ki, "Yum! Brands" şirkəti Türkiyədəki KFC və Pizza Hut restoranlarını idarə edən İş Gıda A.Ş. ilə olan franşiza müqaviləsini şirkətin standartlara uyğun gəlməməsi səbəbindən ləğv edib. Şirkət 283 KFC və 254 Pizza Hut restoranının fəaliyyətinin ən azından müvəqqəti dayandırılacağını bildirib.

Yum! Brands-in Mali İşlər Direktoru Chris Turner açıqlamasında İş Gıda ilə problemləri həll etmək üçün bir neçə ay səylə çalışdıqlarını, lakin standartlara riayət edilmədiyi üçün müqavilənin ləğv edildiyini vurğulayıb. Şirkət türk istehlakçılarının loyallığına əhəmiyyət verdiyini və gələcəkdə restoranların yenidən açılması üçün çalışacaqlarını qeyd edib.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью