Türkiyədə cəsədi tapılan rusiyalı idmançının ailəsi məhkəməyə müraciət edəcək

22.01.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə meyiti tapılan rusiyalı idmançı Nikolay Sveçnikovun ailəsi üzgüçünün itkin düşdüyü yarışın təşkilatçılarına qarşı məhkəmə iddiası qaldıracaq.

Moderator.az "Match TV"yə istinadən xəbər verir ki, bu barədə ölən üzgüsünün ailəsinin vəkili Alperen Çakmak məlumat verib.

Məlumata görə, rusiyalı idmançının cəsədi yoxa çıxdığı ərazidən təxminən beş kilometr aralıda tapılıb.

Xəbərdə qeyd olunub ki, 2025-ci ilin avqustunda rusiyalı üzgüçü, məşqçi və idman ustası Nikolay Sveçnikov Bosfor boğazında kütləvi üzgüçülük yarışı zamanı yoxa çıxıb.

Məlumata görə, 29 yaşlı idmançı finişə çata bilməyib, lakin təşkilatçılar bunu yalnız səkkiz saat sonra aşkar ediblər. Polisin müəyyən bir müddət gözləməli olduğunu bildirərək, dərhal axtarışa başlamaqdan imtina etdiyi də vurğulanır.

İddiaya görə, startda xilasetmə qayıqları olmayıb və iştirakçıların tibbi müayinələri səthi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью