Türkiyədə CHP erası başlayır?

30.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının son reytinqini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi 31 martda keçirilən bələdiyyə seçkilərindən sonra CHP-nin reytinqinin 8,5 faiz yüksəldiyini söyləyib.

O, son keçirilən anketlərdə CHP-nin səsinin 46 faiz olduğunu deyib:

"Son bələdiyyə seçkilərini günü CHP-nin səs ortalaması 38 faiz idi. İndi isə bu rəqəm 46 faizə qədər yüksəlib. Bələdiyyə sədrlərimizin performansı sayəsində səslərimiz 8,5 faiz artıb. Bazar günü seçki olsa, bu bələdiyyə sədrinə səs verəcəyini deyənlərin sayı 46 faizdir".

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью