Türkiyədə çoban faciəvi şəkildə öldü FOTO

19.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə çobanların üstünə qaya parçası düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Çatak rayonunda heyvanlarını otaran iki çobanın üzərinə dağdan qopan qaya parçaları düşüb.

Hadisə zamanı iki uşaq atası çoban Davut İnçamur həyatını itirib, yaralanan Yakup İnçamur isə xəstəxanaya aparılıb.

Bölgədə yağan güclü yağış və duman səbəbindən qruplar hadisə yerinə çatmaqda çətinlik çəkib. Təxminən 4 saatlıq işdən sonra yaralı İnçamur təcili yardımla xəstəxanaya aparılıb.

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью