Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edildi

25.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

“Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.

Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, daha öncə dağıntıların altından iki nəfərin sağ olaraq çıxarıldığı, daha beş nəfərin axtatışlarının davam etdiyi açıqlanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью