Türkiyədə çökən binanın dağıntılarından 3 nəfər sağ çıxarıldı

25.01.2025

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Konya vilayətində çökən üçmərtəbəli binada axtarış-xilasetmə işləri davam etdirilir.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, xilasedicilər çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxara bilib.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Digər 2 nəfərin axtarışları isə davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə AFAD əməkdaşı ilə dağıntılar altından xilas edilən şəxslərdən birinin dialoqunun videosu yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью