Türkiyədə çökən mədəndən 2 nəfər xilas edilib AZƏRTAC

23.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Türkiyənin şərqindəki Elazığ vilayətinin Alacakaya rayonunda xrom filizi mədənində qəza baş verib.

AZƏRTAC Elazığ valisinin administrasiyasına istinadla xəbər verir ki, mədən çöküb.

Dağıntılar altından iki nəfər xilas edilib, onlardan biri bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью