Türkiyədə daha 9 İŞİD üzvü tutulub

27.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin 10 şəhərində İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, İzmir, Adana, Ankara, Osmaniye, Elazığ, İstanbul, Adıyaman, Mersin, Isparta və Yalovada eyni vaxtda həyata keçirilən əməliyyatlarda 9 şübhəli saxlanılıb: "Onlar qondarma təşkilatın təbliğatını aparmaq və ona pul toplamaqda ittiham olunurlar".

Məlumatda deyilir ki, digər şübhəlilərin tutulması istiqamətində əməliyyat davam edir.

Firudin Səfərli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью