Türkiyədə daha bir avtomobilin istehsalı başlandı FOTO

08.10.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Münxen avtosalonunda sentyabrın ilk həftəsində təqdim edilmiş 6-cı nəsil “Renault Clio”nun istehsalı artıq başlayıb. 

Avtosfer.az xəbər verir ki, istehsalat Türkiyənin Bursa şəhərindəki zavodda həyata keçirilir. 5-ci nəsil avtomobillərin istehsalı da hələ bir müddət davam edəcək.

Avtomobil üçün sifarişlərin qəbulu noyabrda başlayacaq. 2026-cı ilin yanvarında isə ilk avtomobillər müştəriyə çatdırılacaq. Avtomobillər 1,2 litrdən 1,8 litrədək müxtəlif gücdə mühərriklərlə təchiz ediləcək.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью