Türkiyədə daha bir azərbaycanlı 14 kq qızılla saxlanıldı

29.11.2024

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyədə, İstanbul Hava Limanının saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью