Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb Narkotik ittihamı ilə

31.01.2026

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb.

Mia.az xəbər verir ki, məşhur "Konuşanlar" proqramının rəhbəri və aparıcısı Hasan Can Kaya bu gün İstanbul Prokurorluğunun təqdimatıyla səhər evində qandallanıb.

Məlumata görə, o, son aylar məşhur şəxslərə narkotik ittihamı ilə açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub: "Aparıcı aralarında müğənni “Reynmen” (Yusuf Aktaş) daxil olmaqla 5 nəfər ifadələrindən sonra narkotik testi müayinəsindən keçiriləcək".

Hüseyn Namazov

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью