Türkiyədə daha bir terror təşkilatının 32 üzvü saxlanılıb

11.03.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul, 11 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyədə DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi) terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən bu istiqamətdə aparılan istintaq çərçivəsində 2014-2016-cı illər arasında İKOM (ehtiyac komitəsi) adı altında təşkilata maddi dəstək vermələri şübhəsi ilə 32 nəfər saxlanılıb. Nəzarətə götürülənlər arasında o dövrdə İstanbulun Ataşehir, Maltepe, Sarıyer və Şişli rayonlarının bələdiyyələrində işləmiş şəxslər də var.

Sözügedən bələdiyyələrdə aparılan araşdırmalarda tenderlərdə korrupsiya hallarının olduğu və terrorçulara maddi vəsaitin bu yolla ötürüldüyü aşkarlanıb.

Şübhəlilərin saxlanılması istiqamətində Türkiyənin İstanbul, Samsun, Bursa və İzmir şəhərlərində əməliyyatlar keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью