Türkiyədə daha bir yanğın: 250 nəfərin yaşadığı konteynerlər... Video | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda 250 nəfərin yaşadığı konteyner evlərdə yanğın baş verib.
Axar.az xəbər verir ki, yanğının qısa müddətdə qarşısı alınaraq söndürülüb. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Yanğına elektrik naqillərindəki qısqapanmanın səbəb olduğu ehtimal edilir.
Qeyd edək ki, bundan öncə Türkiyədə Qartalqaya dağ-xizək kurortunda dəhşətli yanğın baş verib.
Oteldəki yanğında ölənlərin sayı 79 nəfərə qalxıb. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu