Türkiyədə danışılmış oyunlarla bağlı daha 31 nəfər tutuldu

20.02.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Türkiyə futbolunda qanunsuz mərc oyunları və danışılmış oyunlarla bağlı daha bir neçə əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar İstanbul başda olmaqla, 9 vilayətdə baş tutub. Nəticədə 31 şübhəli saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı şübhəlilərə məxsus mobil telefonlar, kompüterlər, xarici yaddaş qurğuları və USB daşıyıcılar daxil olmaqla bütün texnoloji avadanlıqların müsadirə edildiyi bildirilib.

Saxlanılan şəxslərin kimliyi və yerləşdikləri məkanlar barədə ətraflı məlumat verilməyib. İstintaq davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью