Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda karxana tikintisində çökmə baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, dağıntılar altında qalan iki işçidən birinin meyiti çıxarılıb.
Xilasetmə qrupları digər işçinin yerini müəyyənləşdirmək üçün axtarışları davam etdirir.