Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşlarını daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb.
7-si polis əməkdaşı olmaqla 11 nəfər isə xəsarət alıb.
Qəzanın baş verdiyi əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.