Türkiyədə dəhşətli qəza: 2 ölü, 7 yaralı

29.11.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin İzmir şəhərində kartof daşıyan yük maşını 6 maşınla toqquşub.

Modern.az TRT-yə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.

Məlumata görə, yük maşını işıqforun qırmızı işığında gözləyən avtomobillərə çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью