Türkiyədə dəhşətli QƏZA: 4 ölü, 40 yaralı

21.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun dağ yamacına çırpılması nəticəsində 4 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağrı-İzmir istiqamətində hərəkət edən avtobus Sivas-Ərzincan avtomobil yolunda Kuzköy yaxınlığında dağ yamacına çırpılıb.

Hadisə yerinə səhiyyə, polis və axtarış-xilasetmə qrupları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью