Türkiyədə dəhşətli qəza ölənlər var FOTO

01.12.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Bartın şəhərində yük maşını və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi beş nəfərin ölümü ilə nəticələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin "Demirören" xəbər agentliyi (DHA) məlumat yayıb.

"Bartında sürücünün nəzarətindən çıxan və qarşı tərəfdən gələn yük maşını ilə toqquşan avtomobildəki 5 nəfər həyatını itirib", - agentlik bildirib.

Qeyd olunub ki, olay yerinə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib. "Hadisə yerinə gələn briqadaların araşdırması nəticəsində avtomobilin içində sıxılıb qalan 5 nəfərin keçindiyi müəyyən edilib", - məlumatda vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью