Türkiyədə dönərdən zəhərlənənlərin sayı 600 ü ötdü

04.04.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə Kocaeli vilayətində toyuq dönərindən zəhərlənənlərin sayı 648 nəfəri keçib. 

"Unikal" xəbər verir ki, zəhərlənmə şikayəti ilə əyalət xəstəxanalarına ümumilikdə 648 nəfər müraciət edib. Onlardan 646-sı evə buraxılıb, ikisinin müalicəsi davam etdirilir. Hadisə ilə bağlı iki şübhəli şəxs həbs edilib.

Dönərxana möhürlənib, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin mütəxəssisləri analiz üçün qida nümunələri götürüblər. Məlum olub ki, dönər müəyyən edilmiş standartlara cavab vermir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью