Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Ordu şəhərində təsirini davam etdirən duman hava nəqliyyatında gecikmələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, Ordu-Giresun Hava Limanına İstanbul və Ankaradan gələn bəzi təyyarələr, güclü duman səbəbindən Samsun-Çarşamba Hava Limanına yönləndirilib.
Hava şəraiti səbəbilə bəzi uçuşlarda gecikmələr yaşanıb.
Dumanın təsirini itirməsinin ardından uçuşların normala dönəcəyi gözlənilir.
Kənan YUSİF