Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tanınmış soydaşlarımızın irsinin
Bu barədə Moderator.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Layihə çərçivəsində Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” kitabı Türkiyə türkcəsində nəşr edilib.
Kitabı nəşrə azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd hazırlayıb.
Qeyd edək ki, kitabdakı materiallar Əhməd bəy Ağaoğlunun həyat hekayəsi və şəxsiyyətini dərindən tanımaq istəyənlər, habelə tarix və mədəniyyət məsələlərində fərqli bir perspektiv axtaran oxucular üçün əhəmiyyətlidir.
Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikir tarixində maarifçilik, millilik və modernləşmə ideyalarını bir araya gətirən qabaqcıl mütəfəkkir kimi xüsusi yer tutur.
O, Şərq və Qərb dəyərlərini uzlaşdırmağa çalışan, milli düşüncənin formalaşmasında mühüm rol oynamış görkəmli ziyalılardandır.
Kitabda ilk dəfə olaraq tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də verilib.