Türkiyədə ən çox ev alan ruslar imiş Son statistika açıqladı

17.04.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə ölkədə mənzil alan xaricilərin statistikasını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni hesabatda əcnəbi vətəndaşların mənzil satınalma sıralaması dəyişib. 

Məlumata görə, mart ayında Türkiyədə ən çox ev alan Rusiya vətəndaşları olub: "Rusiya Federasiyası vətəndaşları mart ayında Türkiyədə 275, İranlılar 153, Ukrayna vətəndaşları isə 124 ilə məznil almaqla ilk üçlükdə yer tutublar. fevral aynda isə ölkədə ən çox ev alanlar ərəblər olub."

Məlumatda deyilir ki, əcnəbilər İstanbul, Ankara, İzmir, Mersin və Antaliyaya daha çox üstünlük evrirlər.

Firudin Səfərli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью