Türkiyədə ən çox mənzil alan Rusiya vətəndaşlarıdır

21.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyun ayında Türkiyədə satılan evlərin ümumi sayı ötən ilin eyni ayı ilə müqayisədə 15,8% artımla 129.979 olaraq hesablanıb. Türkiyə Statistika İnstitutu (TÜİK) iyun ayı üçün mənzil və iş yeri satış statistikasını açıqlayıb.

Müvafiq olaraq, iyun ayında Türkiyədə satılan birinci əl evlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 23,1 faiz artaraq 43.406-ya çatıb. İkinci əl evlərin sayı isə eyni dövrdə 12,5 faiz artaraq 86.573-ə çatıb. Beləliklə, ötən ay satılan evlərin ümumi sayı 129.979 ədəd olub ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir.

Ümumi mənzil satışlarında yeni ev satışlarının payı 33,4 faiz, ikinci əl satışların payı isə 66,6 faiz təşkil edib. Türkiyə üzrə ipoteka ilə təmin edilmiş mənzil satışları iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə 72,1 faiz artaraq 25.993-ə çatıb.

İyun ayında digər mənzil satışları illik müqayisədə 7,1 faiz artaraq 103.986-ya çatıb. İpoteka satışları ümumi mənzil satışlarının 20 faizini, digər satışlar isə 80 faizini təşkil edib.

Təqvim tənzimlənməsi ilə aparılan seriyalarda, iyun ayında yeni ev satışları 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz, ikinci əl ev satışları isə 8,6 faiz azalıb. Mövsümi və təqvim tənzimlənməsi ilə aparılan seriyalarda yeni ev satışları əvvəlki aya nisbətən 2,3 faiz, ikinci əl ev satışları isə 0,9 faiz artıb.

Xaricilərə mənzil satışları iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə 20,1 faiz artaraq 2015-ə çatıb. İyun ayında xaricilərə mənzil satışlarının ümumi mənzil satışlarında payı 1,6 faiz olub. Ötən ay mənşə ölkəsinə görə ən çox mənzil satışı Rusiya vətəndaşlarına 381, Ukrayna vətəndaşlarına 170 və İran vətəndaşlarına 170 olub.

Ölkə üzrə yeni biznes sahələrinin satışının sayı iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə 30,8 faiz artaraq 5126-ya çatıb. İkinci əl biznes sahələrinin satışı illik müqayisədə 14,6 faiz artaraq 11439-a çatıb. Beləliklə, ötən ay satılan biznes sahələrinin ümumi sayı 2025-ci ilin eyni ayı ilə müqayisədə 19,2 faiz artımla 16565 olaraq hesablanıb. Ölkə üzrə ipoteka ilə təmin olunmuş biznes sahələrinin satışı iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə 86,7 faiz artaraq 745-ə çatıb, digər biznes sahələrinin satışı isə 17,2 faiz artaraq 15820-yə çatıb.

İpoteka ilə verilən biznes binalarının satışları yanvar-iyun dövründə 66,6 faiz artaraq 4.005-ə çatıb. 

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью