Türkiyədə eşşək ətindən kolbasa satanlar ifşa olundu

13.11.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Türkiyədə əhaliyə eşşək ətindən hazırlanmış kolbasa satan şirkət ifşa olunub.

Metbuat.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi istehlakçılara eşşək əti satan şirkətin adını açıqlayıb. Məlum olub ki, İzmirde fəaliyyət gostərən "Örke Kasap (Mert Et) - Ahmet Örke" şirkətinin müştərilərə təklif etdiyi kolbasa məhsulları eşşək ətindən hazırlanıb.

İnsan sağlamlığı üçün təhlükəli olan həmin məhsullar İzmir və qonşu əyalətlərdə satışa çıxarılıb.

Nazirlikdən firmanın fəaliyyətinin dayandırıldığı bildirilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью