Türkiyədə etirazçılar Prezident Külliyəsinə girib? Açıqlama

24.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə aksiya iştirakçılarının Prezident Külliyəsinə daxil olması ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, Türkiyə Dezinformasiyaya qarşı mübarizə mərkəzindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir.

“Sözügedən görüntülərin Ankaradakı universitet şəhərciyində keçirilən nümayişlər zamanı lentə alındığı müəyyən edilib. Nümayişçilərin Prezident Külliyəsinə girməsi kimi bir şey yoxdur. Ölkəmizin əmin-amanlığını və sabitliyini hədəfləyən dezinformasiya xarakterli məzmuna etibar etməyin”, - məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью