GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbulda martın 19-dan başlayan etiraz aksiyaları bu gün də davam edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin binası önündə keçirilən aksiyada ötən günlərdə olduğu kimi bu gün də Əkrəm İmamoğluya dəstək şüarları səsləndirilib, plakatlar qaldırılıb.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı əməliyyatlar nəticəsində sədr Əkrəm İmamoğlu və daha 48 nəfər həbs olunub. Bundan sonra, martın 19-dan etibarən həbslərə etiraz olaraq Türkiyənin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb.
Aysel Əliyeva
Globalinfo.az